İsitadəçi razılaşması (Razılaşma) – bu sənəddə onlayn alış, işlənmiş məhsulların elanı, daşınmaz əmlakın elanı və kommunal ödənişlə bağlı aşağıda əks olunan bütün şərtlər
İstifadəçi - e-alver.az saytının təqdim etdiyi xidmətlərdən istifadə edən fiziki və ya hüquqi şəxs.
E-alver.az – "Onlayn mağaza", "Yeni və işlənmiş məhsullar elanları", "Daşınmaz əmlak elanları" və "Kommunal ödənişlər" xidmətlərini təklif edən, "E-ALVER.AZ" MMC-yə (VÖEN: 1307493981) məxsus sayt.
Sayt - alış –veriş məkanı olan, www.e-alver.az internet saytı.
Tərəflər – İstifadəçi razılaşmasını bağlamış Sayt və İstifadəçi.
Onlayn mağaza – Saytda satış məqsədilə yerləşdirilmiş hər hansı bir məhsul.
Yeni və işlənmiş məhsullar elanları – İstifadəçi tərəfindən satmaq məqsədilə sayta yerləşdirmiş hər hansı bir məhsulun elanı.
Daşınmaz əmlak elanları - İstifadəçi tərəfindən satmaq və ya icarəyə vermək məqsədilə saytda yerləşdirmiş hər hansı bir daşınmaz əmlakın elanı.
Kommunal ödənişlər – Kommumal ödənişlərin icrası üçün saytda olan kateqoriyalar.
Sifariş – Saytdan sifariş olunmuş yeni məhsulu İstifadəçinin ünvanına çatdırılması məqsədilə istifadəçiyə elektron formada göndərilmiş satış sənədi.
Ünvanda ödəniş - İstifadəçi sifariş etdiyi hər hansı bir məhsulun dəyərini qeyd etdiyi ünvanda nağd qaydada ödəyir.
Ödəniş kartı – İstifadəçi sifariş etdiyi məhsulun dəyərini saytda ödəniş kartı vasitəsilə ödəyir.
Bonus – İstifadəçi saytda "Onlayn mağaza" xidmətindən istifadə etdikdə ödədiyi məbləğin müəyyən faizini bonus olaraq qaznır. Qazanılmış bonusu istifadəçi saytın təqdim etdiyi xidmətlərin ödənişi üçün istifadə edə bilər.
1. Ümumi şərtlər.
1. İstifadəçi saytda aşağıda qeyd olunan xidmətlərindən istifadə edir.
2. "Onlayn mağaza" xidmətində istifadəçi hər hansı yeni məhsulu sifariş edərək məhsulun dəyərini ünvanda, ödəniş kartı və bonusla ödəyə bilər.
3. "Onlayn mağaza" xidmətində təklif olunan məhsullar və məhsulların satış şərtləri Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinə əsasən Oferta hesab olunur.
4. "Onlayn mağaza" xidmətində Sayt alış həyata keçirilənədək alış şərtlərini heç kimə xəbərdarlıq etmədən dəyişdirə bilər.
5. "Onlayn mağaza" xidmətində alış o zaman baş tutmuş sayılır ki, istifadəçi sifariş etdiyi məhsulun dəyərini müvafiq ödəniş sənədinə əsasən tam ödəmiş olsun.
6. "Onlayn mağaza" xidmətində istifadəçi sifariş etdiyi məhsulu 3 (üç) iş günü ərzində sayt əməkdaşı tərəfindən təhvil alır.
7. "Onlayn mağaza" xidmətində məhsul sifariş etmiş istifadəçi sayt nümayəndəsindən məhsulu təhvil alarkən yerində məhsula baxış keçirməlidir. İstifadəçi məhsula baxış keçirdikdən sonra məhsulun çatdırılmasını təsdiq edən müvafiq sənədi imzalayır və sayt nümayəndəsinə təqdim edir. Məhsulun çatdırılmasını təsdiq edən müvafiq sənəd istifadəçi tərəfindən imzalandıqda sonra sifariş olunan məhsula görə Sayt məsuliyyət daşımır.
8. "Onlayn mağaza" xidmətində məhsul sifariş edən istifadəçi sifarişin icrası üçün saytda çatdırılma ünvanını və əlaqə nömrələrini qeyd edir.
9. "Onlayn mağaza" bölməsində məhsul sifariş etmiş istifadəçi üzürlü səbəbdən sayt nümayəndəsinə əvvəlcədən xərdarlıq etməklə sifarişin icra tarixini dəyişə bilər.
10. "Onlayn mağaza" xidmətində məhsul sifariş edən istifadəçi üzürsüz səbəbdən sifarişdən imtina etdiyi, məhsulunu ödənişini etmədikdə və digər oxsaş səbələrdən sayta dəymiş zərərə görə istifadəçi məsuliyyət daşıyır.
11. "Onlayn mağaza" xidmətində məhsulunu çatdırılması üçün istifadəçi tərəfindən verilmiş və ya daxil edilmiş yalnış məlumat səbəbindən sifarişin icra olunmamasına görə sayt məsuliyyət daşımır.
13. "Onlayn mağaza" xidmətində yerləşdirilmiş məhsulların şəkilləri 100 % eyni olmaya bilər. İstifadəçi hər hansı bir məhsulun məlumatlarında çatışmamazlıq aşkar edərsə bu barədə saytın dəstək xidmətinə (saytda qeyd olunan əlaqə nömrəsi və ya elektron poçt) məlumat verə bilər.
14. "Onlayn mağaza" xidmətində Sayt nümayəndəsi yeni məhsul sifariş edən istifadəçi üçün sifarişi sifariş vərəqəsində təqdim olunan nömrə ilə əlaqə saxlayaraq, sifariş vərəqəsində qeyd olunan ünvana çatdırır və sifarişi sifariş edən istifadəçiyə təhvil verir.
15. "Onlayn mağaza" xidmətində yeni istifadəçi aldığı yeni məhsulu qaytarmaq üçün saytda qeyd olunan əlaqə nömrəsinə zəng edir və sayt əməkdaşlarını məhsulu yoxlamaq üçün dəvət edir. İstifadəçi sayt əməkdaşına aldığı məhsulun satış sənədini sayt əməkdaşına təqdim edir. Yoxlanılan məhsulda zavod qüsuru aşkar edildikdə məhsul müştəridən geri alınır və həmin məhsulun yenisi sayt əməkdaşı tərəfindən istifadəçiyə verilir. Qızıl və qiymətli daşlardan hazırlanan məmulatlar, parfümeriya və kosmetik vasitələr, çimərlik geyimləri, alt paltarları və corablar, məişət-kimya məhsulları, şəxsi gigiyena məhsulları, uşaq oyuncaqları, plastik yemək qabları və dəyəri ödənilmiş yararlılıq müddəti ərzində mağazadan çıxarılan ərzaq malları geri qaytarıla bilməz.
16. "Onlayn mağaza" xidmətdində təqdim olunan məhsullara zəmanət və texniki servis həmin məhsulun Azərbaycan Respublikasında fəaliyyət göstərən rəsmi diller tərəfindən verilir.
17. "Onlayn mağaza" xidmətində məhsul sifariş edən istifadəçi "İstifadəçi razılaşması"nın şərtlərini qəbul eləmiş hesab olunur.
18. "Yeni və işlənmiş məhsullar elanları" xidmətində istifadəçi öz işlənmiş məhsulunu elan olaraq saytda yerləşdirir. İstifadəçi öz elanını müvafiq ödəniş etməklə "İrəli çək" və ya "V.İ.P." edə bilər. İstifadəçi qeyd olunan xidmətlərin dəyərini ödəniş kartı və bonusla ödəyə bilər.
19. "Yeni və işlənmiş məhsullar elanları" xidmətində İstifadəçi tərəfindən yerləşdirilmiş elan Sayt icraçısı tərəfindən yoxlanılır, heç bir nöqsan (siyasi mövzu, qeyri-etik sözlər, saytın iş prinsipinə uyğun olmayan digər məhsullar) olmadıqda elan sayt icraçısı tərəfindən təsdiq olunur. Təsdiq olunmuş elan haqda sayt icraçısı tərəfindən istifadəçiyə bildiriş elektron poçt vasitəsilə göndərilir.
20. "Yeni və işlənmiş məhsullar elanları" xidmətində İstifadəçi tərəfindən yerləşdirilmiş elan 30 gündən sonra deaktiv olunacaq. İstifadəçi 30 gündən sonra yenidən elanı pulsuz aktiv edə bilər.
21. "Yeni və işlənmiş məhsullar elanları" xidmətində istifadəçi tərəfindən yerləşdirilmiş elan üçün ödənilən məbləğ geri qaytarılmır.
22. "Yeni və işlənmiş məhsullar elanları" xidmətində elan yerləşdirmiş istifadəçi "İstifadəçi razılaşması"nın şərtlərini qəbul eləmiş hesab olunur.
23. "Daşınmaz əmlak elanları" xidmətində istifadəçi satmaq və ya icarə vermək istədiyi əmlakını elan olaraq sayta yerləşdirir. İstifadəçi öz elanını müvafiq ödəniş etməklə "İrəli çək" və "V.İ.P." edə bilər. İstifadəçi qeyd olunan xidmətlərin dəyərini ödəniş kartı və bonusla ödəyə bilər.
24. "Daşınmaz əmlak elanları" xidmətində İstifadəçi tərəfindən yerləşdirilmiş elan Sayt icraçısı tərəfindən yoxlanılır, heç bir nöqsan (siyasi mövzu, qeyri-etik sözlər, saytın iş prinsipinə uyğun olmayan digər əmlak) olmadıqda elan sayt icraçısı tərəfindən təsdiq olunur. Təsdiq olunmuş elan haqda sayt tərəfindən istifadəçiyə bildiriş elektron poçt vasitəsilə göndərilir.
25. "Daşınmaz əmlak elanları" xidmətində İstifadəçi tərəfindən yerləşdirilmiş elan 30 gündən sonra deaktiv olunacaq. İstifadəçi 30 gündən sonra yenidən elanı pulsuz aktiv edə bilər.
26. "Daşınmaz əmlak elanları" xidmətində istifadəçi tərəfindən yerləşdirilmiş elan üçün ödənilən məbləğ geri qaytarılmır.
27. "Daşınmaz əmlak elanları" xidmətində elan yerləşdirmiş istifadəçi "İstifadəçi razılaşması"nın şərtlərini qəbul eləmiş hesab olunur.
28. "Kommunal ödənişlər" xidmətində istifadəçi saytda qeyd olunan kateqoriyalar üzrə seçdiyi xidmətin dəyərini ödəniş kartı və bonusla ödəyə bilər.
29. "Kommunal ödənişlər" xidmətində hər hansı kateqoriya üzrə istifadəçi tərəfindən səhf daxil edilmiş abunə koduna ödənilən ödənişə görə Sayt məsuliyyət daşımır.
30. Saytda qeydiyyatdan keçən istifadəçi özünə məxsus əlaqə vasitələri (əlaqə nömrəsi və elektron poçt) xüsusi təkliflər, yeni məhsullar digər təəkliflər haqda məlumat verilməsi məqsədilə sayt tərəfindən istifadə olunmasına etiraz etmir.
31. İstifadəçi saytın təqdim etdiyi xidmətlər haqda hər hansı təklifi və ya şikayəti varsa bu barədə saytın dəstək xidmətinə (saytda qeyd olunan əlaqə nömrəsi və ya elektron poçt) məlumat verə bilər.
32. Sayt tərəfində təqdim edilən xidmətlərin dəyəri Azərbaycan Respublikasının Milli Valyutası olan Manat olaraq qeyd olunub.
33. Sayt tərəfində təqdim edilən xidmətlərin qiymətləri sayt tərəfindən bir tərəfli qaydada dəyişdirilə bilər.
34. İstifadəçi saytda qeyd olunan xidmətlərin dəyərini ödəniş kartı ilə ödədikdə kartda olan məlumatları düzgün daxil etməlidir. Bununla bağlı yarana biləcək hər hansı bir zərərə Sayt məsuliyyət daşımır.
35. Sayt əmək qanunverciliyinin tələblərinə müvafiq olaraq iş saatlarında fəaliyyət göstərir.
36. Sayt tərəfindən təqdim olunan xidmətləri Azərbaycan Respublikasının dövlət sərhədləri çərçivəsində istifadəçilərə təqdim edir.
37. www.alver.az saytında aparılan texniki profilaktik işlərin aparıldığı günlər və fors major hadisə səbəbindən yarana biləcək hər hansı bir zərərə görə Tərəflər heç bir məsuliyyət daşımır.
38. Saytın təqdim etdiyi xidmətləri istifadəçi 3 (üç) dəfə ardıcıl sifariş edib, sonra imtina edərsə, hər hansı qeyri-qanuni əməl sübhəsi yarandığı təqdirdə sifariş sayt tərəfindən bir tərəfli qaydada ləğv edilir.
39. Sayt tərəfindən istifadəçilərinin şəxsi məlumatlarını istifadəçilərin razılığı olmadan, Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyində qeyd olunan hallar istisna olmaqla, heç bir halda 3-cü şəxsə ötürülməyəcək.
40. Tərəflər yarana biləcək hər hansı bir mübahisəni danışıq yolu ilə həll edir. Aparılan danışıq nəticəsində Tərəflər razılığa gəlməsə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasə mübahisə məhkəmə yolu ilə həll edilməlidir.