Bu modelin daxili detalları "Mis" əlvan metalındandır. Kombi "Qış" və "Yay" rejimi olmaqla 2 rejimlə işləyir. "Qış" rejimində kombi radiatorları isidir və isti su verir, "Yay" rejimi isə ancaq isti su verir (radiatorları isitmir).
Kombi zəif qaz təzyiqində işləyir və qaz sərfiyyatı aşağıdır. Kombinin Azərbaycan Respublikasının bütün bölgələri üzrə əhatə dairəsi olan Servis xidməti var və satışda ehtiyyat hissələri də var.
Əsasən 300 kv/m-ə qədər olan 1 mərtəbəli həyət evlər və mənzillərə təklif olunur.