- Endirim 150,00 ₼


Brend ................................. Navien
Model ................................. Deluxe E 24
Gücü, kVt ...................... 24
Sahə, m2 ............................ maks. 180
İsitmə mənbəyi ................. Təbii qaz
Navien kombiləri Cənubi Koreya istehsalıdır və dünyanın aparıcı ölkələrinin bazarında liderlər mövqeyini tutur. Navien kombilərinin digər kombilərdən üstünlüyü qaz sərfiyyatının aşağı olmasındadır. Kombinin daxili detalları Navien zavodunun istehsalıdır və daxili detallar çürüməyən "nerjaveyka" əlvan metalındandır. Kombi "Qış" və "Yay" rejimi olmaqla 2 rejimlə işləyir. "Qış" rejimində kombi radiatorları isidir və isti su verir, "Yay" rejimi isə ancaq isti su verir (radiatorları isitmir). Kombi "pult"-la idarə olunur, bu da müştəri üçün daha konfortludur. Pultu evin istənilən otaqda (mətbəx və hamam istisna olmaqla) qura bilərsiz. Pultda otaq termostatı funksiyası var və bu funksiya kombinin qaz sərfiyyatını 20 %-ə qədər daha aşağı edir. Kombinin mikroprossesorunda daxili elektrik tənzimləmə çipi ilə təchiz olunub. Bu çip evdə gərginlik aşağı və ya yuxarı qalxdıqda kombinin elekron hissələrinin sıradan çıxmasının qarşısını alır. Həm də kombiyə əlavə stablizator almağa ehtiyac qalmır. Kombinin korpusu germetik izolyasiyalıdır, bu da çöldə (eyvanda) qurulan kombini yağışdan qoruyur.
Kombi zəif qaz təzyiqində işləyir və qaz sərfiyyatı digər kombilərdən 20 %-ə qədər aşağıdır. Kombinin Azərbaycan Respublikasının bütün bölgələri üzrə əhatə dairəsi olan Servis xidməti var və satışda ehtiyyat hissələri də var.